Yaxınlarda «Neftçi»nin baş məşqçi postundan uzaqlaşdırılan Füzuli Məmmədov yenidən «Keşlə»də peyda ola bilər.

Rekord.az-ın məlumatına görə, klubun idarəçiliyinə gətirilən Ceyhun Sultanov yaxın dostunu da bura qaytarmağa çalışır.

Paytaxt təmsilçisində icraçı direktor səlahiyyətlərinin icrasına qeyri-rəsmi olaraq başlayan «Neftçi»nin sabiq idman direktoru artıq belə bir təşəbbüslə çıxış edib.

Bu, Yunis Hüseynov üçün ciddi siqnaldır və ona təhlükə vəd edir. Ceyhun Sultanov onu baş məşqçi postundan tərpətmək niyyətindədir və ilk fürsətdə əlinə düşən şansı dəyərləndirmək istəyəcək. (sportinfo.az)