Yunis Hüseynovu yenə aldatdılar
- 21 Sen 2021 15:00
- 1102
Yunis Hüseynovun növbəti dəfə AFFA-dan iş almaq cəhdi hələ ki, bəhrə vermir.
Rekord.az xəbər verir ki, bir neçə il öncə Elxan Məmmədovun qərarı ilə Lippertin köməkçisi təyin olunan Hüseynov daha sonra federasiyadan “Keşlə”yə baş məşqçi göndərilmişdi.
Lakin sözügedən klubdakı uğursuz çıxış səbəbindən istefaya göndərilən veteran futbolçu bir müddət sonra iş üçün yenidən Məmmədovun qəbulunda olmuşdu. İcraçı vitse-prezident-baş katib ona işlə bağlı vəd versə də aradan xeyli müddət keçməsinə baxmayaraq, hələ də bir cavab yoxdur. Hüseynov bu yaxınlarda yenidən Məmmədovla görüşə cəhd etsə də, hələ ki, istəyinə nail olmayıb.