“Keşlə”nin son turlarda uğursuz çıxış etməsi və klub rəhbəri Zaur Axundovun bu durumdan bərk narahatlıq keçirməsi haqda yazmışdım.

Rekord.az xəbər verir ki, “Qarabağ”la oyuna kimi baş məşqçi Yunis Hüseynova heç bir irad tutmayan Axundov məhz 1:6-lıq məğlubiyyətdən sonra ona da ciddi narazılığını bildirib.

Seçilən taktikadan və göstərilən oyundan narazı qalan Axundov Hüseynova iki tura vəziyyəti düzəltməyi tapşırıb. Əks halda onunla da ciddi söhbətinin olacağını bildirib.