Yurçeviç Elxan Məmmədovun fikirlərini şərh etməkdən imtina etdi
- 26 Noy 2019 12:00
- 1011
Məlum olduğu kimi, AFFA-nın baş katibi Elxan Məmmədov 3 gün öncə qonaq olduğu Azərbaycan Radiosu və İdman TV-də yığmamızın baş məşqçisi Nikola Yurçeviçin millimizdəki gələcək taleyinə aydınlıq gətirib.
Rekord.az xəbər verir ki federasiya rəsmisi xorvatiyalı mütəxəssisin işindən razı qalmadıqlarını bildirib.
O, dolayı yolla da olsa Yurçeviçlə müqavilənin müddətinin yenilənməyəcəyini açıqlayıb: "Yurçeviçin qarşısına qoyulan məqsəd qrupda sonuncu olmamaq və yuxarı pillələrdə qərarlaşmaq idi. Təbii ki, birinci yeri nəzərdə tutumurduq. Deyilmişdi ki, bu, bizim AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq üçün son şansımızdır. AFFA rəhbərliyi bu nəticədən razı deyil. Onsuz da Yurçeviçin bizimlə müqaviləsi başa çatır. Yaxşı nəticə olsaydı, yenidən danışıqlara başlamalıydıq. Son qərarı İcraiyyə Komitəsi verəcək. Mən sizə hazırkı durumu dedim".
Elxan Məmmədovun fikirlərinə münasibət öyrənmək üçün Yurçeviçin özü ilə əlaqə saxladıq. Mütəxəssis sportinfo.az-a açıqlamasında bu barədə danışmaq istəmədiyini söylədi: "Mən hazırda Bakıda, işimin başındayam. Baş katibin açıqlamasına gəlincə, buna şərh vermək istəmirəm".
Qeyd edək ki, Yurçeviçin AFFA ilə müqaviləsi gələn ilin fevralında başa çatacaq.