Nikola Yurçeviç nəinki seçmə mərhələni ugursuz keçirdi, milli üzvləri arasına da məşqçi kimi hörmətini itirməkdədir.

Rekord.az-a daxil olan məlumata görə, konkret olaraq Emin Mahmudov xorvatiyalı məşqçidən narazıdır.

Səbəb isə oynamaq şansı qazanmamasıdır. “Neftçi”də kapitan sarğısını daşımasına və aparıcı futbolçu olmasına baxmayaraq, millidə oynamaq şansı qazanmır.  Mahmudov bu durumdan narazılığını dolayısı ilə Yurçeviçə də çatdırıb.