İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi bilinib.

Rekord.az xəbər verir ki, bu, “Liverpul”un çalışdırıcısı Yurgen Kloppdu.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Kloppun baş məşqçilik etdiyi “Liverpul” Premyer Liqada ötən ay keçirdiyi 5 oyunda qələbə qazanıb. Mersisayd təmsilçisi hazırda 73 xalla liderdi.