Yuri Syomin istefa verdi
- 25 Sen 2021 18:20
- 515
Rusiyanın “Rostov” komandasının baş məşqçisi Yuri Syomin istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub. 74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.
"Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir.
Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə "Qəbələ"də də baş məşqçi kimi çalışıb.