Yusubov millini bir araya topladı
- 27 May 2022 10:16
- 555
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, yığma mayın 30-da hazırlığa başlayacaq. Bu barədə yığmanın yeni təyin olunmuş baş məşqçisi Eldar Yusubovun komanda üzvləri ilə keçirdiyi iclasda məlumat qərar qəbul edilib.
Tədbirdə V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı barədə məlumat verilib, oyunçuların hazırkı vəziyyətindən danışılıb.
Eldar Yusubov bildirib ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq. İlkin mərhələ Bakıda və bölgələrimizdə, ikinci mərhələ isə ölkə xaricində keçiriləcək. Paytaxtda təşkil olunacaq hazırlıq “Murov” voleybol klubunun və Azərbaycan Voleybol Federasiyasının idman zallarında. eləcə də Bakı Su İdmanı Sarayında baş tutacaq.
Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın lazımi formanı yığması istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.