"Lill"in futbolçusu Yusuf Yazıçı Fransa klubunda rekorda imza atıb.

Rekord.az xəbər verir ki, türkiyəli hücumçu Avropa Liqasının qrup mərhələsində "Olimpiya" (Sloveniya) ilə matçda qol vuraraq bu uğuru əldə edib.

2:0 hesabı ilə qalib gəldikləri matçın 75-ci dəqiqəsində Yusuf komandasının 2-ci qolunu vurub. Türkiyə millisinin üzvü  "Lill"in heyətində avrokuboklarda ən çox qol vuran oyunçu olub. Onun aktivində 10 qol var.

2019-cu ildən "Lill"də çıxış edən 25 yaşlı futbolçu bu müddətdə həm də ÇSKA (Moskva) və "Trabzonspor"da  icarə əsasında çıxış edib.