"Yuventus" 17 yaşlı futbolçu alır
- 25 İyn 2020 16:21
- 713
"Amyen"in müdafiəçisi Feliks Nzuanqo Bikien karyerasını "Yuventus"da davam etdirə bilər.
Rekord.az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.
"Yuventus" Bikienə 3 illik müqavilə təklif etməyə hazırdı. Fransa və Kamerun vətəndaşlığı olan futbolçu "Amyen"in əsas komandasında çıxış etməyib.
Bikien U-19 komandasının üzvüdür. 17 yaşlı oyunçunun müqaviləsi 2021-ci ilin yayında başa çatır.