"Yuventus"un baş məşqçisi Andrea Pirlo istefaya göndərilə bilər.

Rekord.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilib ki, Turin təmsilçisi bir gün əvvəl İtaliya çempionatında evdə "Benevento"ya 0:1 hesabı ilə məğlub olub.

Nəşr yazıb ki, klub rəhbərliyi mütəxəssisin işinə inamı itirib. onun gələcəyi ilə bağlı yekun qərar bu mövsümün sonu veriləcək. Pirlonun taleyi komandanın çıxışından asılı olacaq.

Minimum vəzifə A seriyasında ilk dördlükdə qalmaq və Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Eyni zamanda, "Yuventus" dünənki matçdakı kimi bir daha inandırıcı performans göstərməsə, mövsüm sonunda istefa riski artacaq.

Turin klubu bundan əvvəl Çempionlar Liqasının 1/8 finalında "Portu"ya məğlub olmuşdu (1:2, 3:2). Komanda A seriyasında 55 xalla 4-cü pillədə qərarlaşıb.