"Atletiko"nun mərkəz müdafiəçisi Stefan Saviç karyerasını İtaliyada davam etdirə bilər.

Rekord.az "La Razon"a istinadən xəbər verir ki, "Yuventus" Saviçlə yaxından maraqlanır. Məlumatı 29 yaşlı futbolçunun meneceri də təsdiqləyib.

"Qoca sinyora" Saviçin fiziki forması ilə bağlı detalları öyrənmək üçün Saviçin təmsilçisi ilə əlaqə saxlayıb. Monteneqrolu oyunçunun müqaviləsi 2023-cü ilə kimi nəzərdə tutulub.

Onun indilik "Atletiko"dan ayrılmaq istəmədiyi bildirilir.

Saviç cari mövsümdə 19 matçda meydana çıxıb. "Transfermarkt" portalı müdafiəçiyə 25,5 milyon avro qiymət qoyub.