![photo](https://www.rekord.az/storage/uploads/5/yuventus-5.jpg)
“Yuventus” avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
- 28 İyl 2023 23:37
- 329
İtaliyanın "Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
Bu azmış kimi, Turin klubu 20 milyon avro məbləğində cərimələnib.
Bu komandanı avrokuboklarda ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayan "Fiorentina" əvəzləyəcək.
Xatırladaq ki, "Yuventus" ötən mövsüm İtaliya çempionatında 7-ci yeri tutub.