İtaliya çempionu “Yuventus”u qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb. 

Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Hər iki oyunçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb. Onların klubla əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər idi.

Buffon Turin komandasında 2001-ci ildən çıxış edir. O, 2018-ci ilin yayında Fransa PSJ-sinə keçsə də, bir il sonra doğma klubuna qayıdıb. 42 yaşlı qolkiper cari mövsümdə 11 oyunda 9 top buraxıb və 3 qarşılaşmada qapını toxunulmaz saxlayıb.  

35 yaşlı Kyellini isə "Yuventus"un heyətində 8 dəfə İtaliya çempionluğu, 3 dəfə ölkə kuboku və 4 dəfə Superkuboku əldə edib.