İtaliyanın “Yuventus” klubunun iki futbolçusu sıradan çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Komandanın müdafiəçisi Aleks Sandro və yarımmüdafiəçi Sami Xedira zədələnib.

Sandronun dizindən zədələndiyi və fizioterapiyaya başladığı bildirilir. Xedira isə sağ ayağının əzələsindən zədələnib və yaxın günlərdə onun sağalacağı tarixlə bağlı açıqlama veriləcək. İtaliya mətbuatında yayılan xəbərlərə görə, Sandro iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Komandanın digər zədəli üzvləri – Qonsalo İquayn və Corco Kyellini isə fərdi məşqlərini davam etdirir.

“Yuventus” koronavirus səbəbiylə dayandırılan A Seriyasının bərpasından sonra ilk oyununu iyunun 22-də, “Bolonya”ya qarşı keçirəcək.