"Yuventus" Kostanı yenə icarəyə verdi
- 22 May 2021 13:19
- 663
"Yuventus" futbolçusu Duqlas Kostanı yenidən icarəyə verib.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını 1 il "Qremio"da davam etdirəcək.
Bu barədə klubun rəmsi saytı məlumat yayıb. Turin təmsilçisi isə bu transferdən gəlir qazanmayacaq.
Qeyd edək ki, Kosta bu mövsümü icarə əsasında "Bavariya"da keçirib. O, həmin müddət ərzində 19 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.