İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadrado ilə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, A seriyası təmsilçisi kolumbiyalı vingeri heyətində saxlamaq niyyətindədir.

Turinlilər 32 yaşlı futbolçunu ən azı müqavilə müddətinin sonunadək komandada görmək istəyir. Kuadradonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Xuan cari mövsümdə 14 matça çıxıb və 8 qol ötürməsi verib.