"Yuventus" - "Milan" matçlarında tarixə düşdü
- 20 Sen 2021 15:13
- 483
İtaliya A seriyasının 4-cü turunda ötən gecə "Yuventus"la keçirilən oyun (1:1) "Milan"ın hücumçusu Ante Rebiç üçün əlamətdar olub.
Rekord.az "Opta"ya istinadən xəbər verir ki, komandasının bərabərlik qolunu vuran serbiyalı futbolçu Turin təmsilçisi ilə görüşlərdə bir ilkə imza atıb.
Rebiç A seriyasında 3 xallıq sistemin tədbiq edildiyi dövrdən (1994/1995 mövsümündən) bəri ardıcıl 3 oyunda "Yuventus"un qapısına qol vuran ilk "Milan"lı futbolçudur.
Qeyd edək ki, Rebiç bu mövsüm "Milan"ın heyətində 5 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.