"Yuventus" "Atletiko"dan icarəyə götürdüyü Alvaro Moratanı növbəti mövsüm də komandada saxlamağı planlaşdırır .

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin ispan hücumçunu almaq hüququ olsa da, klub onun daha bir mövsüm üçün icarə müddətinin uzadılmasının tərəfdarıdır.

"Yuventus" daha 10 milyon avro ödəyərək 28 yaşlı oyunçunun 1 il də komandada qalmasını istəyir. Klubun bununla bağlı  danışıqlar aparmağa hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Morata bu mövsüm A seriyasında 17 matçda meydana çıxıb və 4 qol vurub. Klub onu ötən il ilin oktyabrında 10 milyon avro ödyərək bu mövsümün sonuna kimi icarəyə götürüb.