“Yuventus” keçən mövsümü icarə əsasında “Cenoa”da keçirən qapıçısı Mattia Perini yenidən icarəyə verib.

Rekord.az xəbər verir ki, “qoca sinyora” 27 yaşlı qolkiperi yenidən “Cenoa”ya icarəyə verib.

Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Perin növbəti mövsümün sonuna qədər “Cenoa”da icarə əsasında çıxış edəcək.