İtaliyanın “Yuventus” klubu hücumçusu Marko Pyaçanı “Torino”ya icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçilərinin mətbuat xidmətləri məlumat yayıb.

Xorvatiya milli komandasının üzvü satınalma şərti ilə 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Marko Pyaça 2016-cı ildən “Yuventus”dadır. Amma o, son illərdə “Şalke”, “Fiorentina”, “Anderlext”, “Cenoa” kimi klublara icarəyə verilib.