İtaliyanın “Yuventus” klubu mövsümün əvvəlində Almaniya “Şalke”sindən icarəyə götürdüyü Ueston Makkeninin transfer hüquqlarını da alıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 20 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalandığı diqqətə çatdırılıb. İtaliya çempionu Almaniya klubuna 18.5 milyon avro ödəyəcəyini açıqlayıb. Bonuslarla bu məbləğin daha 6.5 milyon avro artması mümkündür.

Qeyd edək ki, ABŞ yığmasının da üzvü olan Makkenni, bu mövsüm “Yuventus”da 31 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.