"Yuventus" müdafiəçisi Matteys de Liqtlə müqaviləni uzadacaq.

Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, niderlandlı oyunçu Turin təmsilçisi ilə müqavilənin müddətinin 2026-cı ilin yayına qədər uzadılması ilə bağlı razılığa gəlib.

Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, de Liqt 2019-cu ildən "Yuventus"da oynayır. O, klubun heyətində bütün yarışlarda 116 oyuna çıxıb və 8 qol vurub.