"Yuventus"da yay transfer pəncərəsində hansı futbolçuların satılmayacağı məlum olub.

Rekord.az "Football İtalia"ya istinadən xəbər verir ki, komandanın hücumçusu Kriştiano Ronaldo "toxunulmaz" oyunçular siyahısına daxil edilməyib. Turin təmsilçisi yayda Federiko Kyeza, Deyan Kulusevski, Matteys de Liqt, Artur və Danilonu satmayacaq.

"Yuventus" uyğun bir təklif alarsa, qalan oyunçularla yolları ayıra bilər.

Bildirilib ki, Ronaldo satılmasa , Paulo Dibala böyük ehtimalla klubdan ayrılacaq. Argentinalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır və o,  bu mövsüm zədə səbəbindən bir çox oyunu buraxıb.