“Yuventus”un Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra Kriştiano Ronaldonun komandadan ayrılacağına dair xəbərlər artmaqdadır.

Rekord.az xəbər verir ki, İtaliyanın “Sport Mediaset” nəşri “Yuventus”un pandemiya dövründə maliyyə problemləri yaşadığı üçün maaş büdcəsini azaltmaq istədiyini yazıb. Turin klubunun ilinə 31 milyon avro qazanan Ronaldonu 60 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, 36 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.