Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarriyə təzminat ödəyəcək.

Rekord.az xəbər verir ki, 61 yaşlı mütəxəssisin 2022-ci ilin yayında başa çatmalı olan müqaviləsi vaxtından əvvəl ləğv olunduğu üçün o, vergilər də daxil olmaqla, 20.3 milyon avro təzminat alacaq.

Çempionlar Liqasında mübarizəni dayandıran "Yuventus" Sarrini istefaya göndərib.