"Çelsi"nin cinah müdafiəçisi Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, "Yuventus" və "İnter" Alonsonun transferində maraqlıdılar.

Sözügedən klubların baş məşqçiləri - Mauritsio Sarri və Antonio Konte daha öncə ispan futbolçu ilə birlikdə işləyiblər.

29 yaşlı oyunçu 2013-2016-cı illər aralığında A Seriyasında "Fiorentina" forması geyinib. Cari mövsümdə 20 matçda meydana çıxan Alonso 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.