“Fiorentina”nın prezidenti Rokko Kommisso “Yuventus” və “İnter”i ittiham edib.

Rekord.az xəbər verir ki, Rokko bu klubları qaydalar çərçivəsində oynamamaqda günahlandırıb:

“Bizə biznesmenlərin müraciət etməsində heç bir problem yoxdur. Problem ondadır ki, bəzi insanlar qaydalar çərçivəsində oynamırlar.

Qaydaları pozanlarla necə rəftar edək? Onların cəzalandırılması üçün müəyyən tədbirlər görmək lazımdır. Bunun üçün qaydalar da olmalıdır.

Məsələn, “İnter” və “Yuventus” məvacibləri vaxtında ödəmirlər. Amma onlar qaydaları pozsalar da, cəzalanmırlar”.