"Yuventus" yoxsulluğa doğru
- 09 Sen 2021 17:45
- 552
2020/2021 mövsümü iqtisadi cəhətdən “Yuventus” üçün yaxşı alınmayıb.
Rekord.az xəbər verir ki, “Yuve” ili 190,7 milyon avro zərərlə başa vuracaq.
Bu da ötən mövsümkü göstəricidən, təxminən iki dəfə çoxdur.
Bunun əsas səbəbi pandemiyadır. Klublar bilet satışından gələn gəlirdən məhrum olublar.
Üstəlik, “Yuve” Çempionlar Liqası ilə də erkən mərhələdə - 1/8 finalda vidalaşmalı olub. Bu da gəlirləri nəzərəçarpacaq dərəcədə azaldıb.
Onu da nəzərə alaq ki, “Yuventus” artıq dalbadal 4 mövsümdür ki, ili zərərlə bitirir.
Turin nəhəngi İtaliyanın azsaylı klublarındandır ki, özünün stadionu var. Azarkeşlərin stadiona buraxılmaması da ən çox bu kluba zərər verib.