“İnter”in hücumçusu Edin Dzeko İtaliya mətbuatına açıqlamasında vaxtilə "Yuventus"a keçmək ehtimalı olduğunu bildirib.

Rekord.az xəbər verir ki, bosniyalı forvardı "Roma"da oynayarkən "qoca sinyora" ilə danışıqların getdiyini etiraf edib:

"Keçmişə çox da baxmıram və özümü “İnter”də xoşbəxt hiss edirəm. “Roma” “Yuventus”la danışıqlara başlamışdı.

Mənim isə bundan xəbərim yox idi. Daha sonra məlumatım oldu. Keçidim baş tutmadı. Buna səbəb isə “Roma”nın mənə əvəzləyici tapa bilməməsi idi”.