İtaliya çempionu “Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, Turin klubunun ulduz futbolçusu Paulo Dibalanın da koronavirus testinin nəticələri pozitiv çıxıb.

Bu barədə argentinalı hücumçu özünün “Twitter” hesabı vasitəsilə məlumat yayıb. O, sevgilisi Oriana Sabatini ilə birgə koronavirus testindən keçdiyini və hər ikisində koronavirus aşkarlandığını bəyan edib:

“Oriana ilə birlikdə verdiyimiz koronavirus testimizin nəticəsi pozitiv çıxdı. Hazırda durumumuz yaxşıdı. Mesajlarınız üçün təşəkkürlər”.

“Yuventus” rəsmi saytı vasitəsilə də Dibalada koronavirus tapıldığını açıqlayıb.

Xatırladaq ki, daha öncə Turin klubunun müdafiəçisi Daniel Ruqani və yarımmüdafiəçi Blez Matuididə də koronavirus aşkarlanmışdı.