
“Yuventus”da ciddi itki
- 05 Mar 2025 10:45
- 56
“Yuventus"un cinah oyunçusu Fransisko Konseysao zədələnib
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı portuqaliyalı sağ budunun əzələsindən zədə alıb. O, təxminən 10 gün komandasına kömək edə bilməyəcək.
Beləliklə, Fransisko A Seriyasında "Atalanta" və "Fiorentina" ilə oyunları buraxacaq.
Bu mövsüm Konseysao 29 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.