“Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Turun klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə kollektivdən növbəti dəfə Covid-19 testinin götürüldüyü diqqətə çatdırılıb. Komanda üzvlərindən müdafiəçi Matteys de Liqtin testi pozitiv çıxıb. O, dərhal karantinə alınıb.

Xatırladaq ki, daha öncə “Yuventus”da Aleks Sandro və Xuan Kuadradoda da koronavirus aşkarlanmışdı.