“Yuventus”da Dibala şoku – ÇL matçını buraxa bilər
- 28 İyl 2020 18:40
- 617
İtaliyanın “Yuventus” klubu ciddi itkiylə üzləşib.
Rekord.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.
Argentinalı yarımmüdafiəçinin Çempionlar Liqasının Lion “Olimpik”i ilə matçda da iştirakı sual altındadır.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” – “Olimpik” (Lion) matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada Lion “Olimpik” minimal hesablı qələbə qazanıb – 1:0.