"Yuventus"da ona niyə gülürdülər?
- 18 May 2021 14:21
- 578
"Yuventus"un futbolçusu Matteys de Liqt bahalı paltarlar geyinməyi xoşlamır.
Rekord.az xəbər verir ki, bu barədə o, "De Volkskrant"a açıqlamasında deyib. Niderlandlı müdafiəçi bildirib ki, dizaynerlərin bahalı geyimləri əvəzinə, rahat geyinməyi daha üstün tutur:
"Hər zaman olduğu kimi geyinirəm. Bahalı dizaynerlərin geyimlərinin həvəskarı deyiləm. Mən Matteysəm, məni xüsusi geyimdə görməyəcəksiniz. Futbolçuyam və meydanın ulduzu olmaq istəyirəm. Bəzən geyindiklərimə görə klubdakılar mənə gülür, amma vecimə deyil".