"Yuventus"da xoşbəxt deyil
- 11 Okt 2019 14:22
- 906
"Yuventus"un və Almaniya milli komandasının futbolçusu Əmrə Can Turin klubunda xoşbəxt olmadığını bildirib.
Rekord.az "Football İtalia"-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Yuve"də az oynamasından gileylənib:
"Yuventus"da xoşbəxt deyiləm. Meydanda az oluram. Ötən mövsüm daha çox şans əldə edirdim, xüsusən də vacib oyunlarda. Yaxşı da çıxış edirdim. Cari çempionatda hələ ki az oynayıram. Amma ümid edirəm ki, millidən klubun düşərgəsinə qayıtdıqdan sonra cəziyyət dəyişəcək. Bu mövsüm az oynasam da, məni Almaniya yığmasına çağıran Yoahim Lövə minnətdaram. Yenidən meydanda olacağıma görə şadam".
2018-ci ilin yayında "Yuve"yə azad agent kimi keçən 25 yaşlı futbolçu A seriyasında bu mövsüm 3 oyunda forma geyinib. Turin klubu onun adını Çempionlar Liqasının iştirak ərizəsinə salmayıb.