"Yuventus” futbolçusu Radu Drequşinin müqaviləsini yeniləyib.

Rekord.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2018-ci ildən “Yuventus”da çıxış edən Radu, bu mövsüm “qoca sinyora” ilə 4 oyuna çıxıb.