“Yuventus”da yeni müqavilə imzalanıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisi Ueston Makkenninin sözləşməsinin müddətini uzadıb.

Amerikalı yarımmüdafiəçinin yeni anlaşması 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Yuventus” Ueston Makkennini 2020-ci ilin sentyabrında “Şalke”dən transfer edib. ABŞ millisinin üzvü olan 25 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 134 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.