Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Son turda “Udineze”yə məğlub olan “Yuventus”, bu dəfə “Sampdoriya”nı qəbul edib. İnamlı qələbə qazanan Turin təmsilçisi sona iki tur qalmış çempionluğu təmin edib. 

“Qoca sinyora” ardıcıl 9-cu, bütövlükdə isə 36-cı dəfə İtaliya çempionu olub.

İtaliya A Seriyası
36-cı tur

24 iyul

Milan – Atalanta 1:1
Qol: H.Çalhanoğlu, 14 – Sapata, 34.

25 iyul

Breşiya – Parma 1:2
Qol: Dessena, 62 – Darmian, 59. Kuluşevski, 81.

Cenoa – İnter 0:3
Qol: Lukaku, 34; 90+4. A.Sançes, 83.

Napoli – Sassuolo 2:0
Qol: Husay, 8. Allan, 90+4.

26 iyul

Bolonya – Leççe 3:2
Qol: Palasio, 2. Soriano, 5. Barrov, 90+3 – Mankosu, 45+2. Falko, 66.

Roma – Fiorentina 2:1
Qol: Veretu, 45-pen; 87-pen – Milenkoviç, 54.

Kalyari – Udineze 0:1
Qol: Okaka, 3.

SPAL – Torino 1:1
Qol: D’Alessandro, 80 – Verdi, 57.

Verona – Latsio 1:5
Qol: Amrabat, 38 – İmmobile, 45+6-pen; 84; 90+4-pen. Milinkoviç-Saviç, 56. Korrea, 63.

Yuventus – Sampdoriya 2:0
Qol: Ronaldo, 45+7. Bernardeski, 67.