![photo](https://www.rekord.az/storage/uploads/5/185728-0myfirvtyq.jpg)
"Yuventus"dan “Fiorentina”ya
- 24 İyl 2023 16:00
- 388
"Fiorentina" "Yuventus"un futbolçusu Artur Melonu icarəyə götürüb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Fiorentina" 2 milyon avro icarə haqqı ödəyib, daha 2 milyon avro isə bonus olaraq verəcək. Klub braziliyalı yarımmüdafiəçini qarşıdakı mövsümün sonunda 20 milyon avroya almaq hüququna malikdir.
Qeyd edək ki, Artur ötən mövsüm icarə əsasında "Liverpul"da oynayıb və cəmi 1 oyunda meydana çıxıb. Braziliya millisinin üzvü daha öncə “Qremio” və “Barselona”da da çıxış edib.