“Yuventus” “Barselona”dan hücumçusu Memfis Depayla müqaviləyə xitam verməsini gözləyir.

Rekord.az xəbər verir ki, Turin klubu 28 yaşlı niderlandlı üçün “simvolik qonorar” ödəyəcək.

Futbolçunun özünə isə 6 milyon avro maaş və 2 illik müqavilə təklif olunub.

Depayın kataloniyalılarla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. O, ötən mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.