İtaliyanın "Yuventus" komandasının müdafiəçisi Qleyson Bremer əməliyyat olunub.

Rekord.az klubun mərbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Leypsiq”lə (Almaniya) matçda sol dizindəki ön çarpaz bağları yırtılıb.

Onun əməliyyatı Fransada baş tutub.

27 yaşlı oyunçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.