“Yuventus”un yarımmüdafiəçisi Rodriqo Bentankur koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı uruqvaylı futbolçunun sonuncu koronavirus testinin nəticəsi mənfi olub. 

Bentankurda martın 4-də koronavirus aşkarlanmışdı. O, bu müddət ərzində evində karantində qalıb.