“Yuventus”un futbolçusu rəsmən “Borussiya”da
- 01 Fev 2020 12:40
- 717
Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa nəhəngi İtaliya çempionu “Yuventus”un yarımmüdafiəçisi Emre Canı heyətinə qatıb.
Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Almaniya yığmasının üzvü satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. 6 aylıq icarə üçün “Yuventus”a 1 milyon avro ödəyəcək “Borussiya”, mövsümün sonunda əlavə 25 milyon avro ödəməklə onun transfer hüquqlarını da almalıdı.
“Bavariya”nın yetirməsi olan, “Bayer” və “Liverpul” kimi klublarda çıxış edən türk əsilli almaniyalı futbolçu, 2018-ci ildə azad agent kimi “Yuventus”la müqavilə imzalamışdı. Lakin yeni baş məşqçi Mauritsio Sarrinin gəlişinsən bəri o, əsas heyətə düşməkdə çətinlik çəkirdi. Emre bu mövsüm cəmi 279 dəqiqə meydanda olub.