“Yuventus”un hücumçusu Paulo Dibala zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu A Seriyasının 17-ci turu çərçivəsində “Sassuolo”ya qarşı keçirilən oyunda zədələnib. 42-ci dəqiqədə sıradan çıxan futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb.

Dibala artıq tibbi müayinədən də keçib. Klubdan verilən məlumata görə, dizində problem yaranan futbolçunun azı 15-20 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Yüngül zədəsi olan Ueston Makkenni və Federiko Kyeza isə tezliklə komanda ilə məşqlərə qatılacaq. Onların durumu ciddi deyil.

Xatırladaq ki, “Yuventus” – “Sassuolo” matçı turinlilərin 3:1 hesablı qələbəsiylə bitib.