
"Yuventus"un futbolçusu zədələndi
- 29 Okt 2021 13:31
- 419
"Yuventus"un futbolçusu Mattia del Şiqlio zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ötən gün A seriyasında "Sassuolo" ilə matçda (1:2) zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Qeyd edək ki, del Şiqlio 2017-ci ildən Turin təmsilçisində oynayır.