“Yuventus”un futbolçusu Danilo karyerası barədə açıqlama verib.

Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasının ən yaxşı dövrünü yaşadığını bildirib:

“Portu”dan ayrıldıqdan bəri ən yaxşı mövsümümü keçirirəm. Bu, karyeramın ən yaxşı dövrlərindən biridir.

“Yuventus” kimi klubda olduğum üçün xoşbəxtəm. Yeni mövqeyimdən də məmnunam.

Baş məşqçimiz Andrea Pirlonun hər zaman dəqiq fikirləri var. O, fikirlərini bizə yaxşı izah edir”