"Yuventus"un hücumçusu AÇ-2024-ü buraxacaq
- 08 İyn 2024 13:01
- 238
Polşa millisinin futbolçusu Arkadiuş Milik bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mixal Probej məlumat verib.
Ukraynaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında xəsarət alan 30 yaşlı hücumçu zədə səbəbindən turnirdə iştirak etməyəcək.
Forvard başa çatan mövsümdə İtaliyanın "Yuventus" klubunun heyətində 36 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Polşa yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.