İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oğrular futbolçunun mənzilinin birinci mərtəbədəki pəncərəsini sındıraraq içəri daxil olublar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını bassa da, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərək qaça biliblər. Onlar argentinalı hücumçunun bahalı saat kolleksiyasını da oğurlayıblar.

Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.