"Yuventus"un idman direktoru Federiko Çerubini "Mançester Yunayted"ə keçən klubun sabiq futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Rekord.az "Tuttosport"a istinadən xəbər verir ki, o, "Mançester Siti"nin portuqaliyalı hücumçu üçün göndərdiyi təklifin yersiz olduğunu deyib: "Mançester Yunayted" ənənələri olan bir klub kimi fərqli davranırdı. Ronaldonun bizimlə necə danışdığını nəzərə alsaq, bu hekayənin başqa sonu ola bilməzdi. Bir futbolçunu artıq tanımadığı klubda qalmağa məcbur edə bilməzdik.

Ronaldoya hörmətlə yanaşırıq, amma prezidentimizin fikirlərini bölüşürəm: "Yuventus"un tarixi böyük çempionlar, məşqçilər və funksionerlər tərəfindən yazılıb, amma klub əlimizdə olan ən vacib şey olaraq qalır" deyib".

Xatırladaq ki, Ronaldo avqustun 27-i "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunub.